Yeni etibarlı Mazda3 sedanı. Biz sizin təhlükəsizliyinizin qeydinə qalmışıq.

Yeni Mazda3 sedanı ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Avtomobilin arxasındakı məkana nəzarət sisteminin tətbiqi sayəsində sürücü dəyişilən yol şəraitinə operativ reaksiya verə bilər və daha uyğun hərəkət trayektoriyasını seçə bilər. Bu sistem sürücü "kor" zonadakı avtomobil barədə əvvəlcədən xəbərdar edə bilər.

Hərəkət zolağının dəyişməsi barədə xəbərdarlıq sistemi sürücüyə avtomobilin öz zolağını tərk etdiyini bildirə bilər, qəfil əyləc zamanı isə ekstremal əyləc barədə xəbərdarlıq sistemi Mazda3-ün arxasında gələn avtomobillərin sürücülərini gözlənilməz vəziyyətdən xəbərdar etmək üçün qəza siqnalizasiyasını aktivləşdirə bilər. Adı çəkilən təhlükəsizlik sistemlərinin hər bir hərəkəti elektron alət panelinin displeyində əks olunur.

Mazda mühəndisləri avtomobilin passiv təhlükəsizliyinin yaxşılaşdırılmasının qeydinə qalıblar. Biz SKYAVTIV-Body kuzovun unikal konstruksiyasını yaratmışıq. Bu həm yüngül çəkiyə, həm də yüksək dözümə malikdir. Yuxarıda qeyd edilən innovativ sistemlərin vəhdəti yeni Mazda3 sedanının sürücüsünə və sərnişinlərinə təhlükəsizliklərinin yüksək səviyyədə olduğuna əminlik hissi verir.

 

210 km/saat

Maksimal sürət

6,2 l/100 km

Yanacaq sərfi

Bütün qiymətlər AZN-lə göstərilmişdir

Mazda Azərbaycan istənilən vaxt qiymətləri dəyişdirmək hüququna malikdir.