Tarix
Tarix

2006-cı ildə Mazda şirkəti avtomobil istehsalının 75 illiiyini qeyd etdi.

Yubilyarın bioqrafiyasından bir neçə məlumatı diqqətinizə çatdırırıq.


1920-ci illər
1920-ci ildə Cudziro Matsuda Toyo Cork Kogyo Co., Ltd adlı şirkət qurdu.


1930-cu illlər
1931-ci ildə üççarxlı Mazdago yük maşının istehsalına başlanıldı.
1934-cü ildə Mazda avtomobilinin ilk loqotipi yaradıldı. Şirkət, Zərdüştlüyün insanı təbiətlə və digər allahlarla bir-birinə bağlayan müdriklik Allahı Ahura Məzdanın şərəfinə belə adlandırılmışdır. Yeni ad, həmçinin şirkət qurucusunun soyadı ilə də həmahəngdir.


1960-cı illər
1960-cı ildə konveyerdən ilk ikiqapılı Mazda R360 Coupe minik avtomobili çıxır
1962-ci ildə dördqapılı Mazda Carol avtomobilinin istehsalına başlanıldı
1963-cü ildə şirkət milyonluq avtomobil istehsal etdi.
1967-ci ildə Mazda ilk rotorlu mühərrikə malik Mazda Cosmo Sports 110S avtomobilin istehsalına başladı. Həmin vaxtdan rotorlu mühərrik şirkətimizin tarixində mühüm rol oynamağa başladı.
Həmin il isə Mazda avtomobillərinin Avropaya tammiqyaslı ixracı kimi qeyd edilmişdir.

1970-ci illər
1970-ci ildə şirkət avtomobillərini ABŞ-a ixrac etməyə başladı.
Bu müddət ərzində ildə konveyerdən ildə bir neçə model istehsal olunurdu. Onlar arasında şirkətin mövqeyini möhkəmləndirən, 1977-ci il buraxılışı Mazda Familia (323) və Mazda Capella (626) avtomobillərini qeyd etmək lazımdır.
1972-ci ildə şirkət istehsal etdiyi avtomobillərin ümumi sayını beş milyona qədər yüksəltdi. 1973-cü ildə ixracatın həcmi 1 milyona çatdırıldı.
1975-ci ildə Mazda avtomobilinin yeni loqotipi yarandı.


1980-ci illər
1981-ci ildə şirkət Amerika və Avropa da nümayəndəliklərini açdı: Mazda (North America), Inc. və Mazda Motors Representative Office (Europe).
1984-cü ildə şirkətin adı dəyişdirilərək Motor Corporation qoyuldu. 1985-ci ildə 10 milyonluq avtomobil istehsal edildi.
1985-ci ildə digər modellərlə yanaşı Mazda B-series pikapı da istehsala buraxıldı.
1986-cı ilə qədər artıq milyon yarım avtomobil rotorlu mühərriklə təchiz edilmişdi. 1987-ci ildə avtomobil istehsalının ümumi sayı iki dəfə artaraq 20 milyona yüksəldildi.
1987-ci ildə Miçiqanda (ABŞ) istehsal obyektləri açıldı.
1989-cu ildə kiçik bir möcüzə baş verdi: Çikaqo avtosalonunda bizim balaca Mazda MX-5 ilk dəfə çıxış etdi.


1990-cı illər
1991-ci ildə Le-Manedə keçirilmiş 24 saatlıq maşın yarışında Mazda 787B qalib gəldi. Bu, yapon istehsalı olan avtomobilin ilk «qızıl» medalı və rotorlu avtomobilin tarixdə yeganə qalibiyyətidir.
1992-ci ildə şirkət Mazda Global Environmental Charter adlı təbiəti qoruma xartiyasını qəbul etdi.
1994-cü ildə şirkət ISO 9002 üzrə sertifikat alan ilk yapon avtomobil istehsalatçısı olmuşdur.
1996-cı ildə ISO 9001-in mümkün ən yüksək keyfiyyətlərinə cavab verdiyinə görə şirkət sertifikata layiq görülmüşdü. Şirkət yenə də digər yapon markalarından qabaqdadır.
1997-ci il hazırki yeni loqotip meydana gəldi.
1999-ci ildə quraşdırma konveyerindən yarım millyonluq Mazda MX-5 avtomobili çıxdı.


2000-ci illər
2002-ci ildə Zoom-Zoom brendin əsası kimi qəbul edildi.
2003-cü ildə Mazda RX-8 avtomobilinin ilk seriyası buraxıldı. Avtomobilə quraşdırılmış RENESIS mühərriki 2003-2004-cü illərdə "İlin mühərriki» adını qazandı.
2004-cü ildə Ford şirkəti ilə tərəfdaşlığın 25 illiyi qeyd edildi.
2005-ci ildə dünyanın ən məşhur rodsteri Mazda MX-5 modeli prinsipial olaraq yenidən hazırlandı. Yeni Mazda Global Environmental Charter xartiya redaksiyası qəbul olundu.


Əgər gələcəyi Mazda şirkətinin gözü ilə görmək istəyirsinizsə, www.mazdamotorshows.com saytına baş çəkin.