Xəbərlər
Xəbərlər
Mazda korporasiyası Tokio üçün iki konsept elan etmişdir
27 Oktyabr 2017

Yaponlar qeyd edir ki, “növbəti nəsil ideal kompakt heçbek”in prototipi – insan yönümlü dizayn fəlsəfəsi və optimal funksionallıq texnologiyasıdır.

25 oktyabrdan 5 noyabradək Tokio sərgisində Celebrate Driving (“Sürməni populyarlaşdırırıq”) devizi altında 11 avtomobil Mazda stendinə rəng qatacaq. Əsas dünya premyerası Next-generation product concept model, yəni gələcək heçbekin ilkin nümunəsi olacaqdır. Onun adı gizli saxlanılır, lakin bunu tapmaq üçün  çox baş yormağa ehtiyac yoxdur – söhbət Mazda 3 modelinin yeni nəslindən gedir. Məhz o, dünyada ilk dəfə Skyactiv-X benzin mühərrikinə sahib olacaqdır ki, o da avtoşouda təqdim ediləcəkdir.

Yeni “oyuncaq” 2018-ci ildə bazara çıxarılmalıdır. Skyactiv-X  daxili yanma mühərriki (HCCI) ənənəvi analoqları ilə müqayisədə yanacağa 30% qənaət vəd edir.

İkinci prototip Next-generation design vision model adlanır. O, RX-Vision 2015 konseptinin davamçısı və Mazda RX-9 model seriyasına doğru daha bir addım hesab edilir. Qarşımızda sedan olmasına baxmayaraq, onu bizə “dördqapılı kupe” kimi təqdim etməyə yaponlara heç nə əngəl ola bilməz. Bununla belə, belə bir deyim də var ki: bu maşın Mazda 6-nın yeni tədqiqatıdır.

Rəsmi olaraq bildirilmişdir ki, sedan ilk dəfə 2012-ci ildə Mazda CX-5-də müşahidə edilmiş Kodo dizayn dilini daha ifadəli şəkildə əks etdirəcək

Tokioda həmçinin, Yaponiyada markanın flaqmanı Mazda CX-8 krossoveri, fiziki qabiliyyəti məhdud insanlar üçün əllə idarə edilən Mazda MX-5 RF rodsteri və digər aktual modellər də nümayiş etdiriləcək. “Bizim bu ilki stendimiz Mazda üçün yeni bir eranın başlanğıcıdır”,-deyə korporasiyanın prezidenti Masamiti Koqai qeyd etmişdir.