SKYACTIV Texnologiyası
SKYACTIV Texnologiyası

SKYACTIV texnologiyası nədir?

Biz yanacağa qənaətlə performans arasında kompromissə getməyən avtomobil yaratmaq niyyətində idik və SKYACTIV texnologiyasını bu arzunu reallığa çevirdi. Bununla da avtomobillərimizin gücünü, məhsuldarlığını qoruyaraq tullantıların aşağı miqdarını təmin edə bilmişik. Həmçinin yeni transmissiyalar və yüngül çəkili konstruksiya Mazda modellərinin həm idman avtomobili, həm də komfortlu yüksək sinifə aid avtomobil olduğunu göstərir. Bunlar Mazdanın yeni SKYACTIV texnologiyası sayəsində əldə olunub.

SKYACTIV texnologiyası — gələcək buradadır

SKYACTIV avtomobilin mühərrikdən şassiyə, korpusdan transmissiyaya qədər hər bir detalının vurğulanması deməkdir.

SKYACTİV-G 2.0

Yeni nəsil yüksək səmərəliliyi ilə birbaşa püskürtməli SKYACTİV-G 2.0 benzin mühərriki, ekoloji, təhlükəsiz idarəetmə ilə ehtiras dünyasına öz qapılarını açır.
SKYACTİV-G 2.0 yalnız yanacaq sərfiyyatı və işlənmiş qazlara nəzarət üçün yeni standartlar komplekti deyil, o həmçinin bütün dünyada Mazdanı sürücülərin sevimlisi edən Zoom-Zoom keyfiyyətinin gücləndiricisidir. 4-2-1 borulu işlənmiş qaz sistemi, porşen boşluğu və çox deşikli püskürdücülər də daxil olmaqla texniki nailiyyətlərin geniş silsiləsi dünyada ilk dəfə 14:0:1 qeyri-adi sıxılma dərəcəsinə nail oldu. Bu isə sizin üçün o deməkdir ki, mühərrikin sakit şəkildə işləməsi və təkmilləşdirilmiş daha yüksək fırlanma sayəsində yanacaq sərfiyyatına daha çox qənaət imkanı verir. Sizin yanacaq sərfiyyatı ilə yüksək sürət arasında seçim etdiyiniz günlər geridə qaldı, çünki siz artıq SKYACTİV-G 2.0 vasitəsilə hər ikisinin ən yaxşısına nail olacaqsınız.

SKYACTİV-DRİVE

Yüksək effektli altı pilləli sürət qutusu hər bir müasir transmissiyanın ən yaxşı cəhətlərini özündə birləşdirir. Karser diapazonu genişlənir və beləliklə siz ötürücünün hamar keçirilməsi ilə birbaşa əllə idarə olunan transmissiyanın bağlantısını hiss edərək sürətdən zövq alırsınız.Bununla da, bir növ mükafat kimi, SKYACTİV-DRİVE yanacaq sərfiyyatına öz müsbət təsirini göstərir.

SKYACTİV-MT

Yeni nəsil altı pilləli mexaniki transmissiya SKYACTİV-MT, Mazda MX-5 idman avtomobilində olduğu kimi, həmin müsbət effektləri və dəyişiklikləri təklif edir. İnnovativ mühəndislik ölçü və çəkinin 15% azalmasına nail olmuş və daxili sürtünmə itkilərinin azaldılmasının təkmilləşdirilməsi hesabına yanacağa təxminən 1% qənaət edilmişdir.

SKYACTİV-KUZOVU

Məqsəd istedadlı texnologiya ilə optimallaşdırılmış struktur və materiallarda yaxşı təhlükəsizlik və daha yüksək sərtlik nümayişi ilə daha aşağı çəkiyə nail olmaqdır. Nəticədə, SKYACTİV-KUZOVU 30% daha möhkəmdir, 8% daha yüngüldür və dünyanın ən ciddi təhlükəsizlik tələblərini qarşılamaq qabiliyyətinə malikdir. Bu həmçinin daha səssiz kabinaya nail olmağa kömək edir.

SKYACTİV-ŞASSİ

Mazdanın məşhur avtomobil və sürücü birliyi konsepsiyasını daha dolğun şəkildə həyata keçirmək məqsədilə layihələndirilən SKYACTİV-ŞASSİSİ asqı və sükan sistemləri əsaslarının hərtərəfli təkmilləşdirilməsi nəticəsində əmələ gəlmişdir. O, aşağı, orta və yüksək sürət hədləri arasında tarazlığı və eyni zamanda, hərəkətin rahatlığını yüksək səviyyədə təmin edir.