Yeni Mazda CX-90 2023
Yeni Mazda CX-90 2023

CX-90 həm 3.3 L benzin mühərrikli olmaqla High və High + komplektasiyalarında alıcılara təklif edilir.

Salon 3 cərgəli olmaqla 7 oturacağa malikdir. Avtomobil optimal enerji sərfiyyatı ilə 280 at gücü olan mühərriki ilə 3 fərqli sürüş (standart, off-road, idman) növü və 8 pilləli sürətlər qutusu ilə idarə edən şəxsə alternativ təcrübə vəd edir.

Mazda CX-90 e-Skyactiv mühərrik ilə yanacaq sərfiyyatına kifayət qədər güc qatır.
Yol zolağı assistenti, Qəza önləyici arxa əyləc sistemi, kor bölgə kontrolu, ötmə-keçmə xəbərdarlıq sensoru, məsafə və sürət xəbərdarlığı və digər xüsusiyyətləri ilə yapon texnologiyasının bir üst səviyyə təhlükəsizlik sistemi də avtomobili daha güvənilən bir hala gətirir. Əlavə olaraq, 360 dərəcə kamerayla bərabər ilk dəfə CX-60-da təqdim edilən see-through view sistemi ilə də təchiz edilmişdir. Avtomobil eyni zamanda Driving Fatigue Reduction sensoru vasitəsilə sürücünün yorğun, yuxulu və fiziki olaraq uyğun olmayan vəziyyətini də təyin edir.

Kodo dizaynının son nümunəsi olan CX-90 genişləndirilmiş 12 düymlük monitor, naqilsiz şarj etmə, avtomatik oturacaq və güzgü tənzimləmə yaddaşı, panoramik dam örtüyü, dəri salon və erqonomik strukturu ilə ənənəvi Mazda komfortuna daha artıq rahatlıq qatır. Arxa cərgələrin özünə xas klimat kontrolu və elektrotexnika dəstəyi isə bütün sərnişinlərin rahatlığını təmin edir.

 

6,9 saniyə

0-100 km/saat-dək
sürətlənmə

210 km/saat

Maksimal sürət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.