Ümumi
Ümumi

Uzunmüddətli dostluğun başlanğıcı

Müasir avadanlıq və ixtisaslı heyətlə iş təcrübəsi bizə istənilən çətin sifarişi yerinə yetirməyə imkan verir.

Proses elə qurulub ki, avtomobil təmirinin tam xidmət silsiləsi bir adamda qapanır (xidmət şöbəsinin servis məsləhətçisində). Bu da məlumat və zaman itkisinin qarşısını alır.

Yəni servis məsləhətçisi sifarişi qəbul edir (avtomobili sifarişçidən təmir, diaqnostika işləri və ya texniki xidmət üçün alır, onu iş icraçısına verir), xidmət silsiləsini tənzimləyir, yekun nəticəni izləyir və bütün işlər tamamlandıqdan sonra avtomobili müştəriyə təhvil verir.

İlkin sənədlərin, tapşırıq (naryad) sifarişinin tərtibini və sifarişçi üçün yerinə yetirilmiş işlərin dəyərinin hesablanmasını servis meneceri həyata keçirir ki, öz əməli və dəqiq işi ilə o, servis məsləhətçisi üçün sifarişçi ilə əlaqəyə lazım olan əlavə vaxt ehtiyatı təmin etmiş olur.

Sifarişin yerinə yetirilməsi prosesində servis məsləhətçisi müştəri ilə əlaqə saxlayır və lazım gəldikdə təmir prosesində aşkarlanan və yerinə yetirilməsi zəruri olan əlavə işləri onunla razılaşdırır. Müvafiq olaraq sifarişin yerinə yetirilməsinin yeni müddətləri və dəyəri də razılaşdırılır və müəyyən edilir.

Avtomobillə bağlı bütün təmir işləri başa çatdıqdan sonra qəbuledici usta sifarişçi üçün avtomobilin texniki vəziyyətinə dair tövsiyələr hazırlayır, əgər ehtiyac varsa) və bu, tapşırıq (naryad) sifarişində yazılı şəkildə əks olunur, sifarişçi onunla tanış olduğunu imzası ilə təsdiqləyir.

Beləliklə, müştəri bizim servis mərkəzində aparılan bütün iş vəziyyətləri barədə məlumat almaq, özü üçün daha sərfəli və uyğun variantları seçmək imkanı əldə edir.

Bizim üstünlüklərimiz:

Yüksək nüfuz. Biz müştəri ilə etimada əsaslanan uzunmüddətli münasibətlər qururuq;

  • İstənilən çətin sifarişi yerinə yetirməyə qabil olan ixtisaslı heyət;
  • Servisin keyfiyyətinə görə sifarişçi qarşısında xidmətlərin və ehtiyat hissələrinin təminat zəmanəti ilə məsuliyyət;
  • Bütün cür (bütün illərdən olan) avtomobillərə xidmət göstəririk;
  • Bizim avtomobil mərkəzinin funksional imkan miqyası avtomobil və ehtiyat hissələrin satışı, texniki xidmət, hesablama-kassa mərkəzi, DVD bar, kafe, pulsuz dayanacaq kimi sahələri əhatə edir;
  • Fiziki və hüquqi şəxslərlə iş;
  • Qəbuledici usta ilə fərdi əlaqə təmin edirik: müştəri servis məsləhətçisinin fərdi telefon nömrəsi olan vizit vərəqəsi alır;
  • Müştəri təmir zamanı qısamüddətli təmir sahəsində ola bilər;
  • Uzunmüddətli əməkdaşlıqdan yararlanmağa imkan verən şəffaf və açıq güzəştlər sistemi;
  • Bizdə yeni avtomobillərin xidməti zamanı onlar üçün yeni əlverişli zəmanət - 3 il və ya 100 000 km yol məsafəsi fəaliyyət göstərir;
  • Naqilsiz WI-FI internet texnologiyası, mətbuat, televizoru olan bar yanında rahat guşə – bütün bunlar sifarişin gözlənilməsi zamanı müştərilərimizin özlərini rahat hiss etmələri üçün nəzərdə tutulur;
  • Avtomobil mərkəzi çox rahat yerdə yerləşir – yaxınlıqda dairəvi yol qovşağı, yanacaqdoldurma məntəqəsi və ticarət mərkəzi var;

Bütün bunlar hamısı bir yerdə – keyfiyyətlə təmir olunmuş avtomobil deməkdir. İxtisaslı heyətin diqqətli və nəzakətli münasibəti bizdədir. Bu Sizin və Sizin yaxınlarınızın təhlükəsizliyinin təminatıdır.

Biz ehtiyat hissələrinə və təmir işlərinə 1 illik zəmanət veririk.

Ünvan: Bakı-Sumqayıt şossesi 6-cı km. Ətraflı məlumat üçün telefon – 012 349 01 00
Iş qrafiki: Bazar ertəsi – Şənbə 09:00 – 18:00

 

Əməkdaşlarımızın peşəkarlığı və nəaliyyətləri.

 

Mazda servisdə çalışan əməkdaşlarımızın əldə etdiyi Sertifikatlar bir daha subut edir ki, avtomobilinizə peşəkarlar xidmət edir. Onları sizə təqdim edirik:



 

 

Vafiq Kərimov ( Elektrik )

 

Sertifikatlar

SSM III and electrical systems Level1, (Osman Bakı)

 

 


 

Heydərov Eldəniz ( Çilingər )

 

Sertifikatlar

Mazda MTC_207 (Mazda portal online) Electrical systems and chassis compnents