KODO dizayn
KODO dizayn

Əzələli, eleqant görünüş avtomobilin xasiyyətindən xəbər verir.

Bu cazibə və zəriflik istənilən an ayağınızı yerdən kəsməyə hazırdır. Bu sözləri Kodo dizayn fəlsəfəsi ilə hazırlanan bütün avtomobillərə aid etmək olar. Yeni “Kodo – Soul of Motion” (Hərəkətin ruhu) dizaynı estetik saflığa malik, həyəcanlandıran Mazda üslubunu yeni mərhələyə keçirir.

Bu dinamik, cazibədar və güclü dizaynı vəhşi heyvanların hərəkətindən ilhamlanıb və hətta avtomobil sabit durduqda belə hərəkət təəssüratı yaradır.

Sarsıdıcı eksteryer dizaynı

Xüsusi barmaqlıqların qanadşəkilli cizgisi, nəzərəçarpıcı barmaqlıqlar, aşağı arxa kabin yeni Mazda 6-nın kapotu altında gizlənən gücə arxalanır. Şıq LED işıqlar isə avtomobilin inamlı mövqeyini tamamlayır. Blue Reflex Mica, Meteor Grey Mica, Jet Black Mica rəngləri isə daha böyük kontrast yaratmaq üçündür.

İncə, harmonik interyer dizaynı

Tam yeni Mazda 6 üçün sürücüyə istiqamətlənmiş təchizatlı yeni dizaynın çoxlu həyəcanlandırıcı detalları var. Bu dizayn özündə təmiz, axıcı görünüşü və intuitiv idarəetməni birləşdirib. Sürücüyə lazım olan hər şey əlinin altında, rahatlıqla çata biləcəyi yerlədə yerləşdirilib.