İNSANMƏRKƏZLİ İNKİŞAF: MƏMNUNLUĞUN AÇARI

Mazda nəqliyyat vasitələrini təkmilləşdirərkən həmişə insana fokuslu olub. Bu, bizim məşhur Jinba-ittai - avtomobillə bir olmaq fəlsəfəsi ilə başlayıb. Bundan sonra daha üstün idarəetmə, təhlükəsizlik və ətraf mühit dostu performans üçün Skyactiv Texnologiyası yaradılıb. Onun özü də Skyactiv-Vehicle Dynamics və G-Vectoring Control Plus (GVC Plus) ilə daha da təkmilləşərək, həm sürücü üçün tam idarəetmə zövqünün, həm də sərnişinlər üçün misilsiz rahatlığın və dincliyin təminatçısına çevrilib. Yeni təqdim edilmiş Mazda Intelligent Drive Select (Mi-Drive) və artıq böyük nüfuza malik olan i-Activ AWD sistemi intellektual idarəetmə sayəsində hər növ ərazidə avtomobil sürmə imkanı verir, beləliklə gedə biləcəyiniz yerlərin hüdudları genişlənir. Son olaraq, Skyactiv-Vehicle Architecture insanmərkəzli dizayn fəlsəfəmizin zirvəsidir. O, Jinba-ittai ilə idarəetməni ən yüksək səviyyədə hiss etmək üçün sürücünün davranışlarına reaksiya olaraq tarazlama qabiliyyətini maksimuma çatdırır.

 

8,9 saniyə

0-100 km/saat-dək
sürətlənmə

195 km/saat

Maksimal sürət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.