Haqqımızda
Haqqımızda

"Mən ona ilk baxışdan vuruldum!"
"O cazibədardır!"
"Mənim kimi, çevik və incə xasiyyəti var"

Mazda-nın sahibləri öz seçimlərini məhz bu sözlərlə ifadə edirlər.
Test-drayv-da olanlar da belə deyirlər.

Bəs, səbəb nədədir? Bu maşının ruhu — elə həmin Zoom-Zoom-dur!
Mazda-nı seçən hər kəs bunu hiss edir.

Mazda-nın sükanı arxasına oturan hər bir kəs sadəcə, avtomobili idarə etmir, o, mühərriklə birlikdə "işə düşür", hər bir hərəkətdən, demək olar ki, uşaq sevinci hiss edir. Onun hansı maşının modelini idarə etməsi və neçə yaşı olması əhəmiyyətli deyil. O sadəcə, qəlbən cavandır.
Mazda yolda fərqlənir. O, hamını geriyə dönərək özünə baxmağa məcbur edir. Sərbəst yaşamaq və maşın sürmək - məhz elə bu, Zoom-Zoom əhval-ruhiyyəsi deməkdir. Əgər siz bizimlə birgə olmaq və bu əhval-ruhiyyəni hiss etmək, daha da sərbəst və cavan olmaq istəyirsinizsə, Mazda-ya qoşulun! Ünvanımız: Bakı şəhəri, Bakı-Sumqayıt şosesi, 6-cı km. Məhz burada Rotary Motors şirkəti - Mazda şirkətinin rəsmi distribüteri yerləşir. Bu şirkət təntənəli şəraitdə açılış mərasimini keçirdi və alıcılarımıza bu nadir avtomobilin imkanlarını dərindən hiss etmək üçün geniş imkan verdi.

Mazda-nın Azərbaycandakı nümayəndəliyinin təntənəli açılış mərasimində iştirak etmək üçün Bakıya Mazda Europe Avropa ofisinin nümayəndələri - Avropada biznes strategiyası məsələləri üzrə vitse-prezidenti cənab Stiv Robertson və biznes strategiyası məsələlərinə dair Qrupun layihələr üzrə meneceri cənab Piter Lebek gəlmişdilər.

Şirkətin Mazda avtomobillərinin satışı və xidmət üzrə yeni ixtisaslaşdırılmış avtomərkəzi bir neçə hissəyə bölünüb:

1. Girişin qarşısında 4185 kv.m. sahəsi olan geniş dayanacaq yerləşib.
2. 1200 kv.m. sahəsi olan salon.
3. 2200 kv.m. sahəsi olan servis mərkəzi.
4. Anbar otaqları - 300 kv.m.

Müştərilər bəyəndikləri modellə yaxından tanış ola, hər hansı sualla yüksək ixtisaslı məsləhətçilərə müraciət edə və test-drayv sınağından keçəndən sonra, qəti şəkildə öz seçimlərini edə bilərlər. Mazda-nın yeni salonunda müştərilərə avtomobilin satın alınması ilə əlaqədar tam xidmət spektri təklif edilir: kreditləşmə və sığortalama, zəmanətli və texniki xidmət, Mazda-nın əlavə avadanlığı, aksessuarların, orijinal ehtiyat hissələrinin satışı və quraşdırılması.

Servis zonası istənilən mürəkkəb təmir işinin aparılması üçün ən müasir avadanlıqla təchiz olunub. Mütəxəssislərin yüksək ixtisaslılığı isə şirkət rəhbərliyinin əlavə üstünlüyü və xüsusi diqqət predmetidir.