Zəmanət öhdəliyini yerinə yetirir:
Mazda şirkətinin rəsmi distribüteri. Bu səhifədə qeyd olunmuş zəmanət və öhdəliklər AR ərazisində yerinə yetiriləcəkdir.
Zəmanət öhdəliyi şamil olunur:
Zəmanət sertifikatı düzgün doldurulmuş Mazda avtomobillərinə. Sizin avtomobilin
sertifikatı verilmiş zəmanət və Servis kitabçasının üz qabığının arxa səhifəsində
yerləşdirilmişdir. Avtomobil satışı zamanı Mazda şirkətinin distribüteri
avtomobil haqqında olan bütün məlumatları sertifikatın müvafiq sütunlarına qeyd
etməlidir. Zəmanət AR ərazisində baş idxalçı "Rotary Motors" şirkəti
tərəfindən AR ərazisinə idxal olunan yeni Mazda avtomobillərinə şamil olunur.
Avtomobil AR ərazisində nəqliyyat vasitələrinə qoyulan tələblərə və normativ sənədlərə
uyğun gəlməlidir.
Zəmanət təmini hüququna malikdir:
-Mazda avtomobilinin birinci və sonrakı sahibləri (əgər zəmanət müəyyən olumuş yürüş və müddət kəsiyində baş verərsə).
-Mazda avtomobilləri, Mazda rəsmi nümayəndəliyində təmir zamanı istifadə edilmiş ehtiyyat hissələri və işçilik üçün (müəyyən olunmuş yürüş və müddət kəsiyində baş verərsə ) zamanət xidməti hüququna malikdir
Zəmanət öhdəliklərinin məzmunu:
«Zəmanətin xüsusi şərtlərində» qeyd olunan elementlər istisna olmaqla zəmanəti qüvvədə
olan Mazda avtomobillərində "Pulsuz" olaraq bütün nasazlıqlar, əgər
bu ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli
gəlmişdirsə, aradan qaldırılır. Mazda şirkətinin məhsulunun istifadəçilərinin
qüvvədə olan qanunvericiliklə təyin edilmiş qanuni hüquqları və zəmanət öhdəliyi
istehsalçının verdyi zəmanət tələbləri çərçivəsində həll edilmədir.
Zəmanət öhdəliyi şamil olunur:
Azərbaycan Respublikası ərazisinə. Avtomobilə verilən 3 il (100 000 km) zəmanət:
Sizin zəmanət sertifikatında qeyd olunduğu kimi Mazda avtomobilinin zəmanət dövrü
müddətində ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından
irəli gələn bütün nasazlıqları Mazda şirkəti "pulsuz" olaraq aradan
qaldırmağa zəmanət verir («Zəmanətin xüsusi şərtləri»nə daxil edilən bəndlərin
dəyişdirilməsi zəmanətlə nəzərdə tutulmayıb). Zəmanət avtomobil satıldığı gündən
etibarən 3 il müddətinə və ya 100 000 km yürüşə (bu hallardan hansı daha tez
başa çatarsa) qədər qüvvədə sayılır.