MAZDA TARİXİNİN BİR HİSSƏSİ OLUN

Biz Mazda-nın 100 illiyini xüsusi məhdud saylı avtomobil seriyası ilə qeyd edirik. Brendi sevənlər bunu mütləq dəyərləndirəcəklər. Bu avtomobilin yaradılması zamanı dizaynerlər Mazda-nın ilk minik maşını R360 Coupe-dən ilham alıblar.

Məhdud yubiley seriyası Mazda 6 Snowflake White Pearl rəngindədir və brendin 100 illiyinə həsr olunmuş nişan detalları ilə bəzədilib – bu isə unikal avtomobilə sahib olmaq imkanıdır. Oturacaqlarda brendin yubiley loqotipi və dəbdəbəli Nappa Garnet Red dəri örtük nəzərə çarpır – məhdud seriyanın eksklüziv üstünlükləri.

Unikal avtomobil

Mazda 6 100th Anniversary Edition sizə daha çoxunu təklif edir: brendin yubileyinə həsr olunmuş eksklüziv xüsusiyyətlərə malik top komplektasiya avtomobilinizi digərlərindən fərqləndirəcək. Mazda 6 Anniversary Edition - Mazda tarixinin bir hissəsi olmaq üçün unikal fürsətdir!

7,8 saniyə

0-100 km/saat-dək
sürətlənmə

6,5 l/100 km

Yanacaq sərfi

TəkrarolunmayanHər bir detala diqqət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.