Yolda vəziyyət bir göz qırpımında dəyişə bilər. Təcili əyləcləmə sistemi təkcə digər nəqliyyat vasitələrini yox, həm də piyadaları təyin edə bilir. Əgər piyadalara və ya nəqliyyat vasitələrinə çox yaxınsınızsa vəa toqquşma riski varsa, əyləclər əyləcləməyə hazırlaşır, beləliklə, siz ehtiyac anında cəld dayana bilirsiniz. Əgər vaxtında əyləcləyə bilməsəniz, ehtiyac olarsa, avtomobil özü özünü əyləcləyir.
0-100 km/saat-dək
sürətlənmə
Yanacaq sərfi
Adaptiv kruiz kontrol (Mazda Radar Cruise Control, MRCC) təyin olunmuş sürəti qoruyur və daha yavaş
bir vasitə önə çıxdıqda, təhlükəsiz məsafəni qorumaq üçün avtomatik olaraq avtomobilinizi yavaşlatır.
Maneə aradan qalxarsa və ya sürücü zolaqları dəyişərsə, sürət avtomatik olaraq əvvəlcədən təyin
olunmuş dəyərə qaytarılır.
Dörd görünüş kamerası və onların hər birindən böyüdülmüş təsvirə baxmaq imkanı sayəsində məhdud
məkanda parklama və manevr etmə çox asan olacaq.
Adaptiv işıqlandırma sistemi (Adaptive LED Headlamps) sutkanın qaranlıq vaxtı yolda situasiyanı təhlil
edir və avtomatik şəkildə işıq axınını tənzimləyir.
Beləliklə, ALH sistemi uzaq işıq farasının şüasının o hissəsini azaldır ki, qarşı tərəfdən gələn nəqliyyat
vasitəsinin sürücünün gözlərini qamaşdırır. Yol kəsişmələrini keçən zaman yaxın işıq faralarının şüaları
avtomobilin hər iki tərəfindən həmin zonanı işıqlandırır ki, bu da sürücüyə piyadaları görməyə imkan
verir.
Ölü zonaların monitorinqi sistemi (Blind Spot Monitoring) sürücüyə dönmə zamanı nəqliyyatın vəziyyətinə nəzarət etməyə imkan verir. Sistem arxadan yaxınlaşan nəqliyyat vasitəsini izləyir və arxa görüntülü yan güzgüdəki işıq indikatoru vastəsilə sürücünü xəbərdar edir.
Şəhərdə təhlükəsiz əyləc sistemi (Advanced Smart City Brake Support) daim öndə hərəkət edən obyektə qədər məsafəni və onunla yaxınlaşma sürətini tənzimləyir 80 km/s sürətədək toqquşma riskini minimuma endirir.
Hərəkət zolağından çıxma xəbərdarlığı texnologiyası (Lane-Keep Assist System) yol işarələrinə münasibətdə avtomobilinizin mövqeyini izləyir və zolaqdan kənara hər hansı qeyri-ixtiyari çıxılma halının qarşısını almağa yardım edir. Əvvəlcə sürücünü səs siqnalı və sükan çarxının vibrasiyası xəbərdarlıq edir. Daha sonra isə, zəruri halda, sistem avtomobili hərəkət zolağının mərkəzinə avtomatik olaraq qaytarır.
Avtomobilin 65 km/s sürətdən yuxarı hərəkəti zamanı sistem yol işarələrinə münasibətdə avtomobilin möqveyini izləyir, sürəti, dönmə bucağını və səhayət vaxtını nəzərə alır. Sürücü ayıqlığını itirməyə başladığı təqdirdə sistem siqnal verir və istirahət etməyi təklif edir.
Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.
Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.