Müasir avadanlıq və ixtisaslı heyətlə iş təcrübəsi bizə istənilən çətin sifarişi yerinə yetirməyə imkan verir.
Proses elə qurulub ki, avtomobil təmirinin tam xidmət silsiləsi bir adamda qapanır (xidmət şöbəsinin servis məsləhətçisində). Bu da məlumat və zaman itkisinin qarşısını alır.
Yəni servis məsləhətçisi sifarişi qəbul edir (avtomobili sifarişçidən təmir, diaqnostika işləri və ya texniki xidmət üçün alır, onu iş icraçısına verir), xidmət silsiləsini tənzimləyir, yekun nəticəni izləyir və bütün işlər tamamlandıqdan sonra avtomobili müştəriyə təhvil verir.
İlkin sənədlərin, tapşırıq (naryad) sifarişinin tərtibini və sifarişçi üçün yerinə yetirilmiş işlərin dəyərinin hesablanmasını servis meneceri həyata keçirir ki, öz əməli və dəqiq işi ilə o, servis məsləhətçisi üçün sifarişçi ilə əlaqəyə lazım olan əlavə vaxt ehtiyatı təmin etmiş olur.
Sifarişin yerinə yetirilməsi prosesində servis məsləhətçisi müştəri ilə əlaqə saxlayır və lazım gəldikdə təmir prosesində aşkarlanan və yerinə yetirilməsi zəruri olan əlavə işləri onunla razılaşdırır. Müvafiq olaraq sifarişin yerinə yetirilməsinin yeni müddətləri və dəyəri də razılaşdırılır və müəyyən edilir.
Avtomobillə bağlı bütün təmir işləri başa çatdıqdan sonra qəbuledici usta sifarişçi üçün avtomobilin texniki vəziyyətinə dair tövsiyələr hazırlayır, əgər ehtiyac varsa) və bu, tapşırıq (naryad) sifarişində yazılı şəkildə əks olunur, sifarişçi onunla tanış olduğunu imzası ilə təsdiqləyir.
Beləliklə, müştəri bizim servis mərkəzində aparılan bütün iş vəziyyətləri barədə məlumat almaq, özü üçün daha sərfəli və uyğun variantları seçmək imkanı əldə edir.
Bizim üstünlüklərimiz:
Yüksək nüfuz. Biz müştəri ilə etimada əsaslanan uzunmüddətli münasibətlər qururuq;
Bütün bunlar hamısı bir yerdə – keyfiyyətlə təmir olunmuş avtomobil deməkdir. İxtisaslı heyətin diqqətli və nəzakətli münasibəti bizdədir. Bu Sizin və Sizin yaxınlarınızın təhlükəsizliyinin təminatıdır.
Biz ehtiyat hissələrinə və təmir işlərinə 1 illik zəmanət veririk.
Ünvan: Bakı-Sumqayıt şossesi 6-cı km. Ətraflı məlumat üçün telefon – 012 349 01 00
Iş qrafiki: Bazar ertəsi – Şənbə 09:00 – 18:00
Mazda servisdə çalışan əməkdaşlarımızın əldə etdiyi Sertifikatlar bir daha subut edir ki, avtomobilinizə peşəkarlar xidmət edir. Onları sizə təqdim edirik:
Sertifikatlar
SSM III and electrical systems Level1, (Osman Bakı)