Kampaniyalar
Kampaniyalar
  • Yaponiyanın tanınmış avtomobil brendinin Azərbaycanda rəsmi satış təmsilçisi, ölkənin avtomobil bazarında qabaqcıl şirkətlərdən olan Mazda Azərbaycan yeni kampaniya elan edib.

    Şirkət sərfəli şərtlərlə avtomobil almaq arzusunda olan, avtomobillərini yeniləmək istəyənlərə əla fürsət yaradıb.


    Kampaniyaya əsasən, buraxılış ili 2023-2024-cü il olan Mazda avtomobillərini indi alanlar, Mazda Servis Mərkəzində ödənişsiz texniki qulluq xidməti paketindən yararlanacaqlar. Belə ki, 3 il müddətində və ya 100 000 km-ə qədər avtomobilə peşəkar ustalar tərəfindən ödənişsiz kompleks texniki qulluq olunacaq.


    Qeyd edək ki, kampaniya yalnız rəsmi olaraq Mazda Azərbaycan-dan alınan avtomobillər üçün keçərlidir.


    Mazda avtomobillərini kreditlə almaq istəyənlər üçün də şərtlər əlverişlidir: İlkin ödəniş 40%, illik faiz dərəcəsi 12%, kredit müddəti isə 60 aydır.


    Siz də dinamik performansa malik Mazda avtomobillərini indi alın, xüsusi kampaniyadan yararlanın!


    Mazda avtomobilləri eleqant görünüşü ilə seçilir və Kodo dizayn fəlsəfəsi (Hərəkətin ruhu) ilə hazırlanır. Bu dinamik, cazibədar və güclü dizaynı təbiətin hərəkətliliyindən ilhamlanıb və hətta avtomobil sabit durduqda belə hərəkət təəssüratı yaradır.
    İncə, harmonik interyer dizaynı özündə təmiz, axıcı görünüşü və intuitiv idarəetməni birləşdirib. Sürücüyə lazım olan hər şey əlinin altında, rahatlıqla çata biləcəyi yerlərdə yerləşdirilib.


    Mazda avtomobillərini fərqləndirən digər xüsusiyyət, SKYACTIV texnologiyasının tətbiqidir. Belə ki, bu texnologiya yanacağa qənaət edərək avtomobillərin gücünü, məhsuldarlığını qoruyaraq tullantıların aşağı miqdarını təmin edə bilir. Həmçinin yeni transmissiyalar və yüngül çəkili konstruksiya Mazda modellərinin həm idman avtomobili, həm də komfortlu yüksək sinifə aid avtomobil olduğunu göstərir.


    Avtomobillərlə bağlı bütün məlumatlarla www.mazda.az saytından tanış ola bilərsiniz.


    Əlaqə: +994 12 349 01 00
    nvan: Bakı-Sumqayıt şossesi, 6-cı km