HUMAN-MACHINE INTERFACE (HMI)

Müasir avtomobillər getdikcə daha çox məlumatı nümayiş etdirir, bu isə sürücünü çaşdıra və hətta diqqətini yayındıra bilər. Buna görə də Mazda HMI sistemini tamamilə sizin ətrafınızda hazırlayıb, beləliklə siz minimum göz hərəkəti və streslə detallı informasiyanı əldə edə bilirsiniz. İdarəetmə elementləri, alətlər, sükan və ötürücü qolu sürücü oturacağına nisbətdə ideal yerləşdirilib. Əsas alətlər klasteri və komfortlu tutmanı optimallaşdıran erqonomik formalı sükan birbaşa sürücü üzərində mərkəzləşib, pedallar isə təbii şəkildə ayaqaltında olacaq şəkildə simmetrik olaraq mövqeləndirilib. Yolun daha geniş görüntüsü isə nisbətən arxada yerləşən A-sütunlar sayəsində mümkün olub. Həmçinin CX-5 ön şüşədə əks olunan tam rəngli head-up displeylə təchiz edilib. Bu Active Driving Display idarəetmə haqqında lazımlı məlumatları düz gözünüzün önündə göstərir, beləcə yoldan gözünüzü çəkmədən istədiyiniz məlumatı ala bilirsiniz.

 

8,9 saniyə

0-100 km/saat-dək
sürətlənmə

195 km/saat

Maksimal sürət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.