İNSANMƏRKƏZLİ İNNOVASİYA: DAHA TƏHLÜKƏSİZ, DAHA ARXAYIN İDARƏETMƏNİN AÇARI

Mazda-nın Proactive Safety fəlsəfəsi sürücünün idarəetmə qabiliyyətinə inamla bir tərəfdən səfərlərin əyləncəli keçməsini təmin edərkən, digər tərəfdən daha təhlükəsiz idarəetməni dəstəkləmək məqsədi daşıyır. Daha təhlükəsiz idarəetmə potensial təhlükələrin erkən təyin etməyi, düzgün mühakimə yürütməyi və müvafiq tədbir görməyi tələb edir və Mazda bunu dəstəkləmək üçün dəyişən şərtlərə baxmayaraq, təhlükəsiz və rahat idarəetməni təmin etməyə çalışır. Ən əsası yaxşı görünüş, yaxşı yerləşdirilmiş idarəetmə elementləri, asan oxunan alətlər ilə diqqəti minimum dərəcədə yayındıran sürücü mühitidir. Növbəti köməkçiniz isə potensial təhlükə anında sizi xəbərdar edən i-Activsense aktiv təhlükəsizlik tədbirləri dəstidir. Son olaraq sərnişinləri qorumaq və qəza baş verərsə, xəsarətləri minimuma endirmək üçün nəzərdə tutulmuş passiv təhlükəsizlik funksiyaları gəlir.

 

8,9 saniyə

0-100 km/saat-dək
sürətlənmə

195 km/saat

Maksimal sürət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.