MAZDA TARİXİNİN BİR HİSSƏSİ OLUN

Biz Mazda-nın 100 illiyini xüsusi məhdud saylı avtomobil seriyası ilə qeyd edirik. Brendi sevənlər bunu mütləq dəyərləndirəcəklər. Bu avtomobilin yaradılması zamanı dizaynerlər Mazda-nın ilk minik maşını R360 Coupe-dən ilham alıblar.

Məhdud yubiley seriyası Mazda CX-5 Snowflake White Pearl rəngindədir və brendin 100 illiyinə həsr olunmuş nişan detalları ilə bəzədilib – bu isə unikal avtomobilə sahib olmaq imkanıdır. Oturacaqlarda brendin yubiley loqotipi və dəbdəbəli Nappa Garnet Red dəri örtük nəzərə çarpır – məhdud seriyanın eksklüziv üstünlükləri.

Unikal avtomobil

Mazda CX-5 100th Anniversary Edition sizə daha çoxunu təklif edir: brendin yubileyinə həsr olunmuş eksklüziv xüsusiyyətlərə malik top komplektasiya avtomobilinizi digərlərindən fərqləndirəcək.

194 at/g malik 2.5L benzin mühərriki silindrlərin söndürülməsi funksiyası ilə təklif edilir - yanacağa qənaət və ani sürətlənmə təmin olunur. SKYACTIV-BODY, SKYACTIV-CHASSIS və SKYACTIV VEHICLE DYNAMICS texnologiyalarının təkmilləşdirilməsi sayəsində dinamikanın və reaksiyanın yaxşılaşdırılması Mazda CX-5-i avtomobilə tam nəzarət hissi ilə təmin edir. OFF-ROAD TRACTION ASSIST sistemi ilə I-ACTIV AWD tamötürücü sistemi isə istənilən şəraitdə arxayınlıq verir.

Son testlərin nəticələrinə görə, Mazda CX-5 i-ACTIVSENSE innovativ proaktiv təhlükəsizlik sistemləri sayəsində maksimum balla qiymətləndirilib – EURO NCAP təhlükəsizlik reytinqində 5 ulduz. Ona görə də siz həm özünüzün, həm də yaxınlarınızın maksimum təhlükəsizliyindən əmin ola bilərsiniz.

Mazda CX-5 – keyfiyyət və zəriflik.

Mazda CX-5 100th Anniversary Edition - Mazda tarixinin bir hissəsi olmaq üçün unikal fürsətdir!

9 saniyə

0-100 km/saat-dək
sürətlənmə

7,0 l/100 km

Yanacaq sərfi

TəkrarolunmayanHər bir detala diqqət

Bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Mazda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.