Heçbek kuzovlu yeni Mazda3-ün interyeri

Sürücü və sərnişinlər üçün maksimum genişlik və komfort – yeni Mazda3 heçbekinin daxili məkanı üzərində işləyən dizayner və mühəndislər qarşısında duran iki əsas məsələ bu idi. Salonun dəqiq düşünülmüş erqonomikası, rahat, anatomik xüsusiyyətlər nəzərə alınaraq hazırlanan oturacaqlar, xoş və dözümlü örtük materialları (yüksəkkeyfiyyətli parçalardan və dəridən) insanları rahat səfərə kökləyir. İnteryerin detalları yumşaq plastikdəndir, yarımmat xrom əlavələr isə salona zərif dəbdəbə bəxş edir.

Bu heçbek MZD Connect multimedia sistemini quraşdırdığımız ilk Mazda avtomobilidir. Onun köməyi ilə sürücü mobil telefon və digər cihazları diqqətini yoldan ayırmadan idarə edə bilər.

210 km/saat

Maksimal sürət

6,2 l/100 km

Yanacaq sərfi

Baqajınızda daha çox yerə ehtiyac var? Həyat Karakuri sistemi ilə daha asan olur

Bütün qiymətlər AZN-lə göstərilmişdir

Mazda Azərbaycan istənilən vaxt qiymətləri dəyişdirmək hüququna malikdir.